“İri bədənli kişi mənə tərəf qaçdı, arvadıma baxdım…” – Terrorçunu yalın əllə belə zərərsizləşdirdi

24-03-2024, 00:02           
“İri bədənli kişi mənə tərəf qaçdı, arvadıma baxdım…” –
Moskvada, “Crocus City Hall”da hücumu həyata keçirənlərdən birini yalın əlləri ilə zərərsizləşdirən şəxs konsert zalında baş verənlərdən danışıb.

TEREF oxu.az-a istinadla xəbər verir ki, o, hadisə vaxtı “Crocus City Hall”da arvadı ilə birgə olub.

“Mən arvadıma baxdım və onun gözlərindəki dəhşəti gördüm. Başa düşdüm ki, nəsə etməliyəm. Bu zaman bizə yaxınlaşan terrorçu silahını yenidən doldurmağa başladı”, – deyə hadisənin şahidi nəql edib.

O qeyd edib ki, düşünməyə bir neçə saniyəsi olub:

“Arvadımı itələdim və terrorçuya yaxınlaşdım, əlimlə avtomatı tutub aşağı çəkdim və sağ əlimlə onun başına vurmağa başladım. O, aşağı enməyə başladı. Sol əlimlə onun boynundan tutdum, eyni zamanda vurmağa davam etdim. Bu anda başqa bir iri bədənli kişi mənə tərəf qaçdı və o da terrorçuya güclü zərbə endirdi. Və biz onu nokaut etdik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru