“Krokus”un Emin adlı əməkdaşı: “Ermənicə söyürdülər, “vorot kunem” qışqırırdılar” – ŞOK
24-03-2024, 11:04
“Dojd” Yutub kanalında canlı yayım zamanı aparıcı Anna Monqayt “Krokus” konsert zalının əməkdaşlarından biri olan Emin adlı azərbaycanlı gənclə əlaqə saxlamağa nail olub. Həmin şəxs “Krokus”a hücum edən terrorçuların ermənicə danışdıqlarını aydın eşitdiyini bildirib.
TEREF axar.az-a istinadla xəbər verir ki, bu barədə Omvesti.ru portalı məlumat yayıb.
Verilişə danışan Emin deyib ki, o, “Krokus”da Ağalarovlar ailəsinin biznesində işləyən hər kəs kimi azərbaycanlıdır:
“Ermənistanla Azərbaycan arasında münasibətlərdən dolayı Rusiyada çoxlu erməni söyüşlərini eşitmişəm və bilirəm. Hücum başlayanda yaraqlıların çığırtıları arasında ermənicə müxtəlif söyüşlər də olub. Onlar “mamat kunem”, “Vorot kunem” və s. sözlərlə söyürdülər”.
Aparıcı isə dərhal bu informasiyanı təsdiq edə bilməyəcəklərini vurğulayır.
Həmçinin azərbaycanlı gənc terrorçuların Qarabağla bağlı qışqırığını eşitdiyini iddia edib.
“Emin terror aktında erməni izinin olduğunu iddia edən yeganə şahiddir”, – saytda bildirilib.
Qeyd edək ki, “Krokus Siti Holl”da ötən gün terror aktı törədilib və 150 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Terrorçuların ermənilərlə bağlılığına aid ilk dəqiqələrdən ehtimallar irəli sürülməkdədir. Terrorun ermənilər tərəfindən təşkil edildiyi ehtimalını tarixçi alim Zaur Əliyev və rusiyalı jurnalist Oleq Kaşin də səsləndiriblər.