Heydər Camal " Azərbaycanda biləndə ki biri seyiddir, ya yarımseyiddir, mən o adamdan yan keçirdim.."
28-09-2016, 01:41
Rusiyalı politoloq, İslam Komitəsinin sədri Heydər Camal yeni videomüsahibəsi ilə gündəmi qarışdırmışdır. “Finalizmin doktrinası” adı altında youtub şəbəkəsinə yerləşdirilmiş müsahibəsində tanınmış filosof-alim tarixi nüanslarla bağlı bir sıra məsələlərə aydınlıq gətirib. O, peyğəmbər nəsli və seyidlərin kökü barədə maraqlı açıqlamalar verərək deyib: “Peyğəmbərlər insan dənizində ada timsalındadırlar. Peyğəmbər soyundan olanların kənarda nigaha girməsi neqativ nəticələr verir. Peyğəmbər geni başqa genlərlə qarışmamalı, dinastiya zənciri qırılmamalıdır”.
Avrasiya.info saytı xəbər verir ki, tarixi aspektlərə özünəməxsus yanaşmaları ilə tanınan politoloq Azərbaycan seyidləri barədə də danışaraq onların həqiqiliyinə inanmadığını bildirib: “Azərbaycanda qəribə tendensiya yaranıb; deyirlər ki filankəs yarımseyiddir, yəni ya atası, ya anası seyiddir. Yarım seyid olmur. Yaxud tutaq ki, birinin babası, nənəsi seyid olub, o da seyid sayılır. Bu düzgün yanaşma deyil. İranda, məsələn, yarımseyid olmur, əgər o seyiddirsə, demək atası da, anası da, şəcərəsi də, yeddi arxadan dönəni də seyiddir. Azərbaycanda isə başqa cürdür. Həmin yarımseyidlər cəmiyyət üçün real təhlükə mənbəyinə çevrilib. Onlar ya içirlər, ya kriminala girirlər, ya da hüquq-mühafizə orqanlarına işverənlik edirlər. Azərbaycanda biləndə ki biri seyiddir, ya yarımseyiddir, mən o adamdan yan keçirdim, uzaqlaşmağa çalışırdım”.
Heydər Camal müsahibəsində postsovet ərazisində seyid kastası barədə danışarkən bir sıra başqa maraqlı məqamlara da toxunub: “Mərkəzi Asiyada idarəedici sinif olan xacələr guya ilk üç xəlifənin- Əbubəkr, Ömər və Osmanın nəslindən olanlardır. O cümlədən Çeçenistanda Deniyevlər, Arsanovlar ailələri nədənsə Qureyşi tayfasından sayılırlar. Həqiqət isə bundan ibarətdir ki, həm Mərkəzi Asiyanın hakim xacələr sinfi, həm də Çeçenistanda şeyx təriqətindən olanlar yəhudi kökənlidirlər. Mən bu məsələlərlə dərindən məşğul olmuşam, İslam Partiyasına rəhbərlik etdiyim dönəmlərdə Tacikistana kimi gedib araşdırmışam. Gəldiyim nəticə budur ki, onlar hamısı 18-19-cu əsrlərdə buralara gəlmiş yəhudilərdir. Ola bilsin bəzisi tez gəlib, bəzisi gec- amma hamısı yəhudilərdir. Orta Asiya xacələri Qafqaz “şeyxlərinə” nisbətən Yəməndən daha tez gələn yəhudilərdir. Məsələn, orda məşhur Ərəbovlar familiyası var, hamı onları peyğəmbər soyundan sayır. Amma onların yaxın ətrafı öz aralarında yaxşı bilirlər ki, ərəb yox, məhz yəhudi kökənlidürlər. Spesifikdir ki, həmin ailələr sələmçiliklə məşğuldur”.
Heydər Camal Yəmən yəhudilərinin əraziyə gələrək seyid kimi tanınmasına belə aydınlıq gətirib: “İmam Şamil Çar hakimiyyətinə təslim olanda Çarın təhlükəsizlik orqanı olan “oxranka” gizli əməliyyat keçirdi. Regionda xalqın sakral inam dairəsi dəyişdirildi. Yəmən ərazisindən qüreyşilər adı altında yəhudilər gətirilərək əvvəllər kazakların yaşadığı kəndlərə dolduruldu. Həmin yəhudilərin dili ərəb dili ilə eyni idi. Yəhudilər yerli xalqa özlərini qüreyşi övladları kimi sırımağa başladılar. Dağlılar savadsız olduqlarından buna inandılar. O vaxtdan Qafqazda yəhudilər seyid övladları kimi qəbul olunmağa başladı. Əgər onlara diqqətlə baxsanız, fiziki quruluşlarında heç bir Qafqaz elementi tapmazsınız. Bunlar görünüşcə də sırf yəhudilərdir. Gəlib Qafqaz ərazisində seyid olublar. Bir çoxlarında testosteron azlığı, hormonlarla bağlı problemlər var”.
Tanınmış filosofun gəldiyi nəticə budur ki, kolonial məkanlarda siyasi kastaların autentiçliyinə inanmaq olmaz: “Sivilzasiya sahəsinin hakim sinifləri falsifikasiyaya uğradılıb”.