"Peyvənd uşaqları ölümcül infeksiyon xəstəliklərdən qoruyur" — Pediatr
Bu gün, 00:08
"Peyvəndlər azyaşlıları müalicəsi olmayan xəstəliklərdən qoruyur. Eyni zamanda peyvənd ölümcül infeksiyon xəstəliklərin də qarşısını alır.
Azyaşlılara profilaktik peyvəndlər vaxtlı-vaxtında vurulmalıdır. Peyvənd olunmayan uşaqlar ağır xəstəliklər riski ilə qarşı-qarşıya qalır".
Bu sözləri Demokrat.az-a açıqlamasında pediatr Günay Rəsulova deyib.
"Xüsusilə ciddi xəstəliklərin yayıldığı dövrdə peyvənd həyati vaciblik daşıyır. Yaxın keçmişdə qızılca xəstəliyindən həyatını itirən uşaqlar belə oldu. 1 doza vurulan uşaqlara mütləq 2-ci doza da vurulmalıdır. 2 doza qızılca peyvəndi azyaşlını 98%- ə qədər imfeksiyadan qoruyur. Doğulduğu gündən uşağa "Hepatit" peyvəndi daha sonra "BSJ" peyvəndi vurulmalıdır. Azərbaycan Respublikası peyvənd təqviminə uyğun olaraq 2 aydan sonra rutin peyvəndlər olunmalıdır. Ailələr peyvəndləri tərəddüt etmədən vurdurmalıdırlar.Əvvəllər insanlar ödənişli şəkildə özəl klinikalarda peyvənd etdirirdi. Həmin peyvəndlər Avropa istehsalıdır və heç bir yan təsiri yoxdur. Hazırda artıq dövlət poliklinikalarında həmin peyvəbdlər ödənişsiz şəkildə vurulur".
Qeyd edək ki, son dövrlər müxtəlif səbəblərə görə övladını peyvənd etdirmək istəməyən valideynlərin sayı çoxalıb.