"BƏDBƏXT OĞLU, SƏN ÖLÜRSƏN EEE..." - "Bunları yerində oturtmaq lazımdır" + VİDEO

15-02-2025, 10:44           
"BƏDBƏXT OĞLU, SƏN ÖLÜRSƏN EEE..." -
“Azərbaycan Rusiyaya qarşı kəskin siyasət aparır. Rus evinin bağlanması və s. burada əsla qorxmaq lazım deyil. Rusiya orada yaşayan azərbaycanlı biznesmenlərə heç nə edən deyil. Onsuz da Rusiyada olan azərbaycanlı biznesmenler "rusfason" şeydilər. Onlara heç azərbaycanlı belə demək düzgün deyil..."

Bu fikirləri eks-spiker Rəsul Quliyev “Tv Musavat”ın efirində son günlər kəskinləşən Azərbaycan- Rusiya münasibətlərindən danışarkən deyib

R. Quliyev hazırda Rusiyanın acınacaqlı bir vəziyyətdə olduğunu qeyd edib və Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasətin doğru olduğunu vurğulayıb.

“İnsanda bir az qanacaq, tərbiyə olar. 320-330 milyon əhalisi olan sovet Rusiyası dağıldı. İndi onun 146 milyonu qalıb səndə. İndi də getdikcə azalırsan. Bədbəxt oğlu, sən artıq ölürsən eee... Rusiyadakı artım da müsəlmanlara görədi. Rusların artımı dayanıb. Ona görə də, düşünürəm ki, bu məsələdə dövlətin apardığı siyasət çox düzgündür. Əsl şücaət göstərir, qorxmur. Arxasında da Türkiyə kimi qüdrətli dövlət dayanıb. Həmçinin bütün İslam aləmi də - Pakistan, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın yanındadır”,-deyə o, qeyd edib.

Daha ətraflı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru