“Kinostudiya yiyəsiz qəbirstanlığa bənzəyir” - VİDEO

16-05-2025, 10:08           
“Kinostudiya yiyəsiz qəbirstanlığa bənzəyir” - VİDEO
Xalq artisti Rasim Balayev Cəfər Cabbarlı adına Kinostudiya ilə bağlı açıqlama verib.

Referans xəbər verir ki, bu barədə sənətçi “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində danışıb. R. Balayev deyib ki, kinostudiyanı yenidən ayağa qaldırmağa çalışırlar:

“Kino ittifaqının birinci katibi kimi çalışırdım. 2013-cü ildə istefa verdim və 9 il evdə oturdum. Bu, mənim üçün uzun müddət idi. Çəkiləsi olsaydım, o müddətdə çox filmdə oynaya bilərdim. Amma filmlər çəkilmirdi, bu illər boşa getdi. Sonradan dəvət etdilər, seçki oldu, seçdilər, mən də İttifaqda çalışıram. Çox təəssüf ki, həmin ab-hava yoxdur. Cəfər Cabbarlı adına Kinostudiyada 1200 adam çalışırdı. İndi 30-35 adam işləyir. Gedirsən, yiyəsiz qəbirstanlığa oxşayır, ürəyim xarab olur. Çünki 17 yaşıma qədər ata evində böyümüşəm, sonra universitetə qəbul olunmuşam, 50 ilə qədər ömrümü kinoda keçirmişəm. Çalışırıq ki, kinostudiya işə düşsün, yeni filmlər çəkilsin. Hələ ki, əlləşirik”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru