"30 əlavə əsgər və artilleriyanın dəstəyi ilə 10 il də Laçın dəhlizini əlimdə saxlayardım" — Keçmiş döyüşçü ilə reportaj
10-04-2017, 17:24
Laçın dəhlizi uğrunda döyüşlər, qələbənin bir addımlığında və kiçik səhvlərdən sonra acı məğlubiyyət.
Ölkə.Az-ın bu dəfəki müsahibi 47 əsgərlə Laçın dəhlizinə nəzarəti ələ alan ehtiyatda olan zabit, mayor Verdiyev Ədalətdir.
Ədalət Verdiyevlə geniş müsahibəni sizə təqdim edirik:
Qısa arayış:
Verdiyev Ədalət Rafiq oğlu. Kürdəmir rayonunda anadan olub. Orta təhsili Kürdəmir rayonunda alıb. Məktəbi bitirəndən sonra 1986-cı ildə Qazaxıstanın Almata şəhərindəki "Ali Ümumqoşun Komandirlər Məktəbi"-nə daxil olub. 1990-cı ildə bu məktəbi bitirib. 1990-cı ildən, 1992-ci ilə qədər sovet ordusunda "Zabalkadiya" hərbi dairəsində tağım komandiri vəzifəsində xidmətə başlayıb. Xocalı hadisəsindən sonra bir çox zabitlər kimi rus ordusundan özbaşına olaraq Azərbaycana gəlib, ordu sıralarına yazılıb. Azərbaycan ordusunda öncə 708 saylı hərbi hissənin 1-ci taborunda kəşfiyyat tağım komandiri (781 saylı hərbi hissə) vəzifəsində xidmətə başlayıb. 1992-ci ilin aprel ayından 708 saylı hərbi hissədə xidmətdə olan Ədalət Verdiyev bölük komandiri təyin edilib. Müharibə dövründə xidmətinin qısa hissəsi Laçında, əsas hissəsi isə Ağdamda olub. 2003-cü ildə ordu sıralarından təxris olub.
- Döyüşlərə haradan başladınız?
- Döyüşlərə 781 saylı hərbi hissənin kəşfiyyat tağım komandiri kimi Ağdamdan başladım. Qısa müddət Ağdamda olandan sonra Güzdəkdəki hərbi hissənin təhvil-təslimi başladı. Biz oradan texnikanı aparıb ön xəttə təhvil verirdik. Texnikaları ön xəttə verəndən sonra ekipaj qıtlığı ortaya çıxdı. Texnikanı idarə edə biləcək heyət yox idi. Onları öyrətmək üçün uyğun yer olaraq Lənkəranı seçdilər, 1 aylıq Lənkərana ezam edildik. Əsgərlərimdən Seyidov Seymur ekipaj üzvlərindən biri olub. Ekipajları hazırlayıb qurtarar - qurtarmaz məni 701 saylı hərbi hissəyə ezam etdilər.
701 saylı hərbi hissəsiyə gələndə motaatıcı bölük komandirləri vəzifələrinin təyinatları bitmişdi. Məni təchizat bölüyünə komandir təyin etdilər. Əslində mənim sahəm deyildi, ancaq rəhbərlik necə əmr etdi onu da etdim. Yəni, döyüşən harada desən orada da döyüşəcək.
Ağdam tərəfdən hücum əməliyyatlarında müəyyən uğursuzluqlar var idi. İrəliləmək üçün Ağdam tərəfdən münbit şərait yox idi. Sonradan məlum oldu ki, geniş miqyasda 701, 702 və 820 saylı hərbi hissələr hücuma başlayacaqlar. 1992-ci ilin sentyabr ayından Laçın dəhlizinin bağlanması üçün hücum əməliyyatları soldan Qubadlı, sağdan isə Kəlbəcər istiqamətindən başlanıldı.
- Hücumda hədəf nə idi?
- Son hədəf olaraq məqsəd Laçın dəhlizinin bağlanması, Dağlıq Qarabağ və ətraf rayonlarda olan düşmən qruplaşmasının mühasirəyə salınaraq məhv edilməsi və Qarabağın erməni işğalçılarından tamamilə azad edilməsi idi. Kəlbəcər istiqamətindən başlanılan hücum əməliyyatı 701 saylı hərbi hissə tərəfindən uğurla davam etdirilirdi. Hərbi hissələr çox yüksək templə irəliləyirdi. Düşmən davamlı müqavimət göstərə biləcək qüvvədə deyildi. Qısa müddətli döyüşlərdən sonra ermənilər öz mövqelərini tərk edirdilər, bizim hərb hissələr isə sürətlə irəliləyirdi. Çox böyük olmayan itkilərlə son hədəfimizə yaxınlaşırdıq.
Laçında olarkən gördüm ki, Ağdamdakı əsgərlərim icazəsiz arxamca gəliblər. Onlara çox dedim, geri qayıdın, sizi həbs edərlər, ancaq heç biri geri qayıtmadı. Çox uzun müzakirədən sonra o əsgələrimin Laçına ezam olunması barədə yüksək qərargahdan razılıq alındı.
Maddi Texniki Təminat Bölüyünün şəxsi heyəti 44 əsgər, 1 gizir və 2 zabitdən ibarət idi. Bir qumbaraatanımız və PK-mız var idi. Əslində ştatla o silahlar da olmamalı idi. Xahiş edib almışdıq.
Qoçaz yüksəkliyi alındıqdan sonra Qoçaz kəndinin azad edilməsi üçün qısa müddətli və uğurlu bir əməliyyat keçirdik. Bölüyümüz 1 şəhid verdi və 1 nəfər də yaralandı. Qızılca və Sus kəndlərinin azad olunmasında bir nəfər də olsun belə itki vermədik. Yəni erməni qaçırdı, biz qovurduq.
Sus kəndinə gəldik. Mövqelərimizi tutub möhkəmləndik. Erməni səngərlərinin mühəndis istehkam qurğularını təkminləşdirib Laçın koridorundan 300 metr məsafədə olan ən əlverişli yüksəkliklərdə bölüyün dayaq məntəqəsini formalaşdırdıq. Biz 2-3 gün Laçın dəhlizini tam nəzarətdə saxladıq.
Dağlıq Qarabağ və ətraf rayonlardan dəhliz vasitəsi ilə Ermənistana gedən mülki əhali və avtomobillərə qeyri-rəsmi atəş açmamaq əmri var idi.
- Bəs necə oldu ki, dəhliz yenidən ermənilərin nəzarətinə keçdi?
- Təbii ki, bütün müharibələrdəki uğursuzluqarın arxasında obyektiv və subyektiv səbəblər durur. Səhvlərdən biri o idi ki, briqada Azərbaycan-Ermənistan sərhədi boyunca çox böyük bir məsafədə incə sap kimi uzanmışdı. İkinci səhv ondan ibarət idi ki, hərbi hissə avanqardın əldə etdiyi uğurları qorumaq üçün qüvvələri sağdan və soldan irəli çəkib formalaşdırmalı idi. Briqadanın ön xətti 47 nəfərdən ibarət təchizat bölüyündən ibarət oldu. Təchizat bölüyü sürücü və aşbazlardan ibarət idi. Təbii ki, heç bir ordu Laçın dəhlizi kimi starateji obyekti bu qədər yüksək templə atıb, qaçıb gedəsi deyildi. Əks hücum labüd idi. Mən də yuxarı komandanlığa məruzə etmişdim. Biz orada olduğumuz 3 gün müddətində nə briqadanın idarə heyətindən, nə də taborun rəhbərliyindən bir nəfər də olsun gəlib aşbaz və sürücülərin strateji Laçın dəhlizinin doğrumu, yalnışmı müdafiəsini təşkil etməsi ilə maraqlanmadılar. 3 gün ərzində 1 nəfər də olsun motoatıcı bölüklərdən dəstək olmadı. Artilleriyamızın Bakıya parada çağırılmağı ilə bağlı da sözlər eşidirdim.
- Döyüşlər şiddətli olurdu?
- Vurduq, kəsdik, dağıtdıq desək yalan olardı. Heç nə dağıtmadıq. Erməni qaçırdı, biz də qovurduq. 2-3 saat döyüşürdük, 2-3 erməni öldürürdük, qalanları qaçırdılar. Heç kim orden, medal düşünmürdü. Vətən qarşısında borcumuzu yerinə yetirirdik.
Döyüşlərdə çalşırdım əsgərlərimi qoruyum, zəif əsgərləri irəli vermirdim. Ümumiyyətlə itkinin bir səbəbi olmalıdır. İtkini verib, nə isə əldə edirəmsə, buna deyirəm-Amin. Sus döyüşünə qədər ciddi bir itkimiz olmadı. Susda 47 nəfər əsgərlə dəhlizə nəzarət edirdik. Həkəri çayından su götürürdük. Ermənistana girib-çıxan maşınları görürdük. Gorus - Qafan - Laçın yolunda bir benzin doldurma məntəqəsi və Laçın telestudiyası var idi. Telestudiyanın ətrafı hündür olduğundan mövqeyi orada tutmuşduq. Orada ermənilərdən qalma səngərlər var idi, biz o səngərlərin istiqamətini dəyişdik. Ümumiyyətlə, davamlı olaraq ermənilərin qazdığı səngərlərdə otururduq. Yağışlı aylar idi, səngər qazmağa da texnika yox idi. Deyəcəyim bəzilərin xoşuna gəlməyəcək, ancaq Kəlbəcər tərəfdən hücuma keçən briqadanın zabit-gizir heyətindən bir nəfər də dəhlizi bağlayan bölüyün yanına gəlmədi. Heç kim gəlib soruşmadı ki, nəyiniz var, nəyiniz yoxdur.
Elektirik yox, generator yox idi, radiostansiyanın enerjisi qurtarmışdı. Düzdür, briqadadan Sus kəndinə qədər bəzi şeylər verilirdi. Susda briqadadan daha çox önə çıxdıq. Biz avanqard kimi göndərilmişdiksə, biz də bu tapşırığı tam yerinə yetirmişdik. Hərbi hissə və briqada əsas qüvvələri irəli çəkib müdafiə zolağını formalaşdırmalı idi. Laçın dəhlizi kimi strateji bir məntəqəni 47 nəfərlə qorumaq mümkün deyildi.
Oktyabrın 6-da 16 avtobus əsgər, 7-10 arası texnikanın Gorus Laçın yolunun sağ tərəfində toplaşma rayonunda cəmləşdiklərini müşahidə edib yuxarı komandanlığa məruzə etdim. Yuxarı komandanlıq məni panikaya düşməkdə günahlandırdı. Səhəri gün həmin qüvvələr 1 BMP bölüyü və bir tank tağımı ilə gücləndirilmiş motoatıcı tabor 450-500 nəfər şəxsi heyətlə hücuma keçdi. Hücuma artilleriya dəstəyi olmadı. Tanklar və BMP-lər uzaq məsafədən ön xəttimizi atəş altında saxladılar. Tam hava qaralana qədər müqavimət göstərdik. Dəfələrlə yüksək komandanlıqdan 30 əsgər və bir ədəd texnika istədim ki, yaralılarımı döyüşdən çıxarsınlar və mən bu mövqelərimi saxlaya bilim. Hər dəfə yaralılarımın sayını söylədikcə mənə rəsmən mövqelərdən geri çəkil əmri verildi. Mövqelərimiz çox əlverişli olduğundan geri çəkilmədik. Yaralılara isə əlimizdən gələn ilk tibbi yardımı göstərirdik. Hava tam qaraldıqdan sonra 7 oktyabr axşam saat 7 radələrində yaralı sayısı 11-ə çatdığına görə məcburən mövqelərimizi tərk etdik.
Briqadadan günlər ərzində heç bir kömək almadıq. Ancaq "geri çəkil" əmri verirdilər. Mənə "geri çəkil" əmri verən və kömək göndərməyən insanlar sağdır.
- Bildiyim qədər, siz geri çəkilməməkdə günahlandırılmısınız.
- Bəli, məni sonradan günahlandırdılar ki, niyə geriyə çəkilməmisən. 3 dəfə mənə əmr verildi ki, geri çəkil. Çəkilmədik. Mənə sonradan dedilər ki, niyə geri çəkilməmisən?
- Laçın dəhlizi uğrunda gedən döyüşlərdə nə qədər itki verdiniz?
- Laçın dəhlizi uğrunda döyüşlərdə 2 şəhidimiz oldu:
Həbib adlı əsgərimiz Qoçazda şəhid oldu.
Laçın dəhlizində 4 əsgərim itkin düşdü. İtkin düşən əsgərlərim bunlardır:
Alışov Aqil Alış oğlu (Kürdəmir, Qarabucaq kəndi)
Əliyev İlqar Tapdıq olğlu (Bərdə )
Eyvazov Elşən (Masallı)
Hümbbətov Elxan (Bərdə)
11 yaralım oldu. Onların ad soyadı:
Əliyev İlqar (Dəvəçi, Qazbabalı kəndi)
İbadullayev Elşad (Masallı, Təzə Alvadı kəndi)
Səmədov Qalib (Kürdəmir, Qarabucaq kəndi)
Bəyişov Rahim (Masallı, Kürdobaz kəndi) sonradan şəhid oldu.
Diglərinin adlarını xatırlamadığıma görə onlardan üzr istəyirəm.
Sağ qalanlardan isə Rüstəmov Aslan (Gəncə , Türkiyədə yaşayır)
Əliyev Fariz (Cəlilabad)
Manafov Ağası (Göyçay)
Həsənov Gəray (Bakı)
Həsənov Sərxan (Bakı)
Zeynalabdiyev Mehbalı Laçın dəhlizindən sonrakı əməliyyatlarda şəhid olub.
Seyidov Seymur (Göyçay)
Verdiyev Aqil (Kürdəmir)
İndi hamıya orden, medal paylayırlar, özümə heç zaman heç nə istəməmişəm, ancaq orada şəhid olan, itkin düşən 4 əsgərimə və yaralanan əsgərlərimin valideynlərinə bu günə qədər təşəkkür məktubunun belə göndərilməyinə nail ola bilməmişəm.
- Geri çəkilməniz təmin olundumu?
- 47 nəfərdən 4 itkin, 11 yaralı. Mənə geri çəkilmə əmri verən adamlar, mənim geri çəkilməmi təmin etməli idilər. Yəni, mən geri çəkilərkən atəş dəstəyim olmalı idi ki, onlar düşmənin başını qatsınlar və biz geri çəkilək. Erməni sağdan da, soldan da hücum etmişdi. Bir tək yolumuz var idi, o da Həkəri çayının içinə enmək. 11 yaralı ilə o 1000-1500 metrlik dağları aşmaq asandırmı? Elə yaralı var idi ki, ayağı yox idi. Səmədov Qalibin ayağı yoxdur. "Pramidol" iynəsi vurmağa qoymurdu ki, saxlayın, daha ağır yaralı ola bilər. Sinif yoldaşı Alışov Aqili görməyincə döyüşdən çıxmayacağını deyirdi. Aqili isə mən itkin düşən 3 əsgərlə birlikdə arxaya geri çəkilməni təmin etmək üçün göndərmişdim.
Gündüz oradan çıxa bilməzdim. Mənə çıx deyən insanlar gəlib mənə niyə kömək etmirdi? 11 yaralının bir nəfərinin silahını orada qoymadıq. Qumbaratanımız yox idi. BMP 400 metrdən gəlib bizi vururdu, ancaq bizimkilər Bakıda parad keçirirdi. Bir dənə artilleriya işləmədi, texnika ilə erməniləri vursaydılar, bizim mövqeyimiz daha əlverişli idi. Ermənilərin piyadaları hücuma keçəndə, mövqeyimiz o qədər gözəl idi ki, ən zəif atıcı belə 3 güllədən birini erməniyə vururdu, erməni əsgərinin bağırtısını eşidirdim.
- Qubadlı istiqamətindən hücuma keçən qüvvələrimizlə birləşməli idiniz.
- Qubadlı istiqamətindən hücuma keçən briqada ilə birləşməyimizə 3-4 km qalmışdı. Qubadlı tərəfdən hücum edən 820 saylı hərbi hissənin 1300-ə yaxın canlı qüvvəsi var idi. Laçın dəhlizi bağlandı deyə Qubadlı istiqamətindən hücuma keçən briqadamızın atəşfəşanlığını görürdük. Sevinirdilər. Biz cəmi 47 nəfər idik, ancaq Qubadlı istiqamətindən gələn daha çox idi. Biz az olmağımıza baxmayaraq onları görüb daha da ürəklənirdik. Heç nə istəmirdim, əlavə 30 əsgər, 2-3 qumbaratan, 1 BMP və artilleriya dəstəyi. Olmasa, indi bunu yana-yana demərəm, bilirdim ki, istədiklərim var idi. Onları mənə göndərmədilər, ancaq elə deyirdilər ki, oradan çıx.
Əsgərim Həsənov Sərxan Qoçazda erməni leytenantını vurdu. Demək, ermənilər yaralılarını yığıb qaçırdı, ancaq həmin leytenant qaçmırdı, təkbaşına bizimlə döyüşürdü. Qumbaratanı qoruyurduq, Həsənov Sərxan o erməni leytenantı qumbaratanla vurub param-parça edəndən sonra susdular.
Hərdən oturub düşünürəm, o qədər əzab-əziyyət çəkdik, işğaldan azad etdiyimiz yerlərin hamısı qanla başa gəlmişdi, nə baş verdi? Motoatıcı bölüklərimiz harada idi? Cəmi bir tağım istəyirdim, ancaq bununla bizi təmin etmədilər.
Bəziləri deyir ki, 18 yaşındakı uşaqlarla heç nə etmək olmaz, xeyr, elə deyil, 18 yaşlı uşaqlarla çox şey etmək olar. Əlini, ayağın itirən əsgər oldu, ancaq biz nəinki insan, bir dənə silah və mərmi belə döyüş meydanında qoymadıq. İtkinlərimiz isə arxaya çəkilməni təmin edərkən itkin düşdülər. Qınaq obyekti kimi deyirlər ki, niyə qoyub qaçmısan, mənə isə dedilər ki, niyə vaxtında çıxmadın? Vaxtında çıxmaq üçün getmişdik ora? Oraya niyə getmişdik? 6 min km Rusiyadan gəlmişdim ki, tutduğum mövqeyi qoyub qaçım? Əsgərlərimlə üz-üzə gəlirəm, heç olmasa onların üzünə dik baxa bilirəm indi. Kömək gəlsə idi, fərqli olardı, indiki söhbətimiz də fərqli olardı.
- Kömək niyə gəlmədi?
- Bu sualın cavabını hələ də ala bilməmişəm. Kömək niyə gəlmədi, orada olan bölüklərin hansı itkisi var? Bu suallara cavab ala bilməmişəm. Mənə köməyə gəlməyən 400 nəfərin hansı itkisi olduğunu axtarıram. Heç kim bu suallarıma cavab verə bilmir.
11 yaralıdan biri olan Bəyişov xəstəxanada rəhmətə getdi, digər 10 nəfər isə qolsuz, ayaqsız, travmalı yaşayırlar. İtkin düşən 4 nəfərin isə ailələrinin gözü hələ də yoldadır.
Bu acı təcrübə idi. Sonu Laçın, Kəlbəcər, Ağdərənin işğalına gətirib çıxardı. Əgər bunları deməsək, silinib gedəcək, ancaq belə səhvlərdən nəticə çıxarmaq üçün bütün baş verən neqativlikləri analiz etmək lazımdır.
- 47 nəfərlə nə zamana qədər döyüşdünüz?
- Gündüz vaxtı axıra kimi döyüşdük. Onları posta yaxın qoymadıq. Gecə isə ermənilər arxamızdakı Qızılca kəndindən bizə tərəf atmağa başladılar. O zaman qərar verdim ki, mövqeyimizi tərk etməliyik. Arxadan atəş açılan zaman bir əsgərim yaralandı. 11 yaralı əsgərlə Həkəri çayının içərisinə düşüb, çayın içərisi ilə qaldırdıq yuxarı.
Bu məqamda söhbətə Ədalət Verdiyevin əsgəri olmuş Seyidov Seymur qoşulur: "Gecə idi. Gedirdik. Laçında neçə vaxt idi ki, işıq yox idi. Dağı aşanda işıqlar gördük, onda bildik ki, səhv gəlmişik. Gorusun işıqları idi. Komandirimizin olduğu səngəri tank vurmuşdu deyə, özündə deyildi. Yığışdıq bir yerə, xəritəni yerə qoyub, spiçka işığı ilə xəritəyə baxdıq. Sonra yola çıxdıq və qərargaha gəlib çatdıq".
Ədalət Verdiyev davam edir:
- Ağdamda olanda təminat yaxşı idi. Əlaqə saxlamaq olurdu. Laçında elekrtik deyilən bir şey görmədik. Ancaq dözürdük, inanırdıq ki, hər şey bitir, qələbə əldə olunacaq. Laçın dəhlizi ilə bizim mövqeyimiz 300 metr idi.
1 ay dayanmadan ancaq irəliyə getdik. Hər gün də yeni kəndlər alırdıq. Ordumuz Laçının 40 kəndini almışdı.
Qoçazdan sonra dəhlizə qədər nə sağımda, nə solumda, nə də gözümlə görəcək qədər arxamda heç kimi görmədim. Mərmiləri qoruyuruq, əsgəri qoruyuruq, itkisiz torpaqlarımızı ala-ala gedirik. Zabit üçün bundan böyük xoşbəxtlik ola bilər?
- Qərargahda sizə nə dedilər?
- Artıq onlar demirdi, mən deyirdim...
Şəhid olan, itkin düşən, yaralanan əsgərlər, gedən min hektarlarla torpaq yandırırdı məni. 3000 nəfərlik hərbi hissənin qüvvələri harada idi, niyə gələn olmadı, niyə artilleriya dəstəyi olmadı, o qədər niyələr var idi ki...
701 saylı hərbi hissənin tarixindən gözəl kitablar yazırlar. Adam danışmaq istəmir. Ancaq o kitablarda Laçın dəhlizinin işğaldan azad olunması, bağlanması, əldə saxlanması və yenidən erməni işğalı altına düşməsi ilə əlaqədar bir kəlmə obyektiv fikirlərə rast gəlmirsən.
Xırda səhvlərin ucbatından Laçın dəhlizi kimi strateji obyekt verilməməli idi. Deyirlər, hücuma keçən ermənilərin sayı çox olub, hamısı yalandır. Bir BMP bölüyü və 1 tank tağımı ilə gücləndirilmiş motoatıcı taborun hücumunun qarşısını almaq elə də çətin məsələ deyildi. 30 əlavə əsgər və artilleriya dəstəyi ilə oranı 10 il də saxlayardım. Cəmləşmə rayonunda artilleriyamız yayılım atəşi ilə həmin taboru açılmağa belə imkan vermədən yüzlərlə itkiyə uğrada bilərdi və bu hücum başlamadan fiyasko ilə nəticələnərdi. Əsgərlərimin çoxu sağdı, Səmədov Qalib, Həsənov Sərxan, Seyidov Seymur isə yanımızda oturub. Onlar hamısı görüb o vəziyyəti, bir top, bir minaatan atılmayıb, bir ədəd texnika köməyə gəlməyib. Ölkə üçün ən əhəmiyyətli bir yerə gedib çıxmışdıq. Komandirlər hər şeyi oraya hesablamlı idi. Əsas qüvvələrin cəmləşmə istiqaməti Laçın dəhlizi olmalı idi. Erməni o qədər axmaqdır ki, dəhlizi verib, çıxıb getsin? Bir BMP bölüyü və 1 tank tağımı ilə gücləndirilmiş motoatıcı tabor, Laçın dəhlizinin müdafiəsini yara bildi. Onların artilleriyası bizi vurmadı. Əgər artilleriya bizi vursaydı, oradan sağ çıxa bilməzdik.
- Laçın dəhlizini nəzarətə götürən kimi Bakıda parad keçirildi. Bu nə qədər doğru idi?
- Əsas məqsəd Qubadlı və Kəlbəcər istiqamətindən ildırım sürətilə hücuma keçib, Laçın dəhlizini götürüb, bütövlükdə Ermənistanla Dağlıq Qarabağın əlaqəsini kəsib erməniləri sülhə məcbur etmək idi. Briqadaların yaxın və uzaq tapşırığı var idi. Yaxın tapşırıq Laçın dəhlizini götürməklə bitmiş ola bilərdi, ancaq uzaq tapşırıq həyata keçmədən parad keçirilməməli idi. Arxı tullanmamış hop demək istədik, olmadı. Susdakı geri çəkilmənin sonu Laçının, Kəlbəcərin, Ağdamın, Ağdərənin getməsinə qədər gəlib çıxdı. Kiçik səhvlər sonunda böyük məğlubiyyətlə nəticələndi. İstəsəydik Laçın dəhlizində düşüb nəzarət buraxılış məntəqəsi qurardıq. Buna qüvvə imkan vermirdi. Həkəri çayında, körpünün yanında düşüb əl-üzümüzü yuyurduq. Qaranlıqda suyu oradan götürürdük.
- Laçın dəhlizi əməliyyatlarından sonra harada xidmət etdiniz?
- 701 saylı hərbi hissədə ezam idim. Müdafiə Nazirliyinin xəbəri yox idi ki, mən 701-in zabitiyəm. Yenidən 708 saylı hərbi hissəyə göndərildim. Qəribə vəziyyət idi. Ağdamdakı briqadanın əsgərləri, zabitləri Laçında döyüşür, yaralanır, şəhid olur, ancaq nazirliyin bundan xəbəri yox idi.
- Qarabağ müharibəsini uduzmağımızın səbəbi nə oldu?
- Vahid komandanlıq məsələsi həmişə özünü göstərirdi. Paradın keçrilməsi də səbəblərdən biri idi, ancaq əsas səbəb deyildi. Mənə indiyənə qədər qaranlıq qalan odur ki, necə olur, dəhlizə qədər getmişik, oranı geri almışıq amma briqada ön xəttini vaxtında formalaşdıra bilmədi. İki briqada niyə birləşmədi? Bu suala cavab tapa bilmirəm. Bu sualı çox adama vermişəm, ancaq konkret cavab ala bilməmişəm. Öndə mən gedirəm, qarşımda erməni qaçır, bizim digər qüvvələrimiz harada döyüşürdü, biri çıxıb buna cavab versin, bilək ki, döyüşüblər biz görməmişik. Döyüşüblərsə, kimin nə qədər itkisi olub? Mənim bilmədiyim Laçın dəhlizindən daha vacib bir cəbhəmi var idi?
O zaman tam qələbə olsaydı, indi mən özümü başqa cür hissə edərdim, başqa cür danışardım. Qalib ordunun əsgəri olmaq başqa bir hissdir.
- Müharibə bitdikdən sonra Müdafiə Nazirliyində də işlədiniz, ancaq belə desək, gənc yaşınızda ordudan təxris olundunuz.
- Müxtəlif vəzifələrdə işlədim, Müdafiə Nazirliyində kəşfiyyat idarəsində xidmət elədim, sonra isə kəşfiyyat üzrə müfəttiş təyin olundum. 2000-ci ilə qədər bir problem yaşanmadı. Yaşıma, rütbəmə görə sürətlə inkişaf eləmiş bir mövqedə idim. Sabiq müdafiə naziri Səfər Əbiyevlə 1971-ci ildə bir yerdə oxuyan, anası Şuşanik adlı erməni olan, Qaffarov Seyran inispeksiyaya təyin olundu. Qaffarov Seyran rus ordusundan təxris olandan sonra gəlir Azərbaycana və Azərbaycan ordusunda xidmətə başlayır, həmin şəxsi mənim tuduğum vəzifəyə təyin edirlər. Məni isə heç bir səbəb olmadan (17 illik xidmət dövrümdə bir dəfə olsun belə töhmət almamışam) aşağı vəzifəyə təyin edirlər. Təyin olunma səbəbini qeyri-rəsmi olaraq Qaffarov Seyran Şuşanik oğlu ilə razılaşmadığımdan və ondan üzr istəməməyimlə izah etdilər. Onu Azərbaycana heç nə bağlamırdı. Arvadı erməni, anası erməni, anasının qəbri Şəki şəhərindədir. Qaffarov Seyran rus ordusundan təxris olan kimi ev alır, pensiya alır. Azərbaycan ordusuna gələn kimi polkovnik vəzifəsinə təyin edilir, şəxsi işini isə qoltuğunda gəzdirirdi. Çünki orada milliyəti ilə bağlı məlumatlar var idi. Niyə o adamı inspeksiyaya qoydular, anlamadım. Döyüş hazırlıqları barədə məxfi məlumatlar həmin bu şəxsin əlinin altından keçir. Həmin şəxs Hacıqabulu Qarabağdan seçə bilmirdi. Hacıqabuldan keçəndə təpələr var, dedik, düşmən ata bilər, avtobusda gizlənməyə başladı. Elə birisi gəlib bizə rəhbərlik edirdi. İstər-istəməz onunla aramda problemlər yaranmağa başladı. Biriləri ona çörək vermək istəyirdisə, niyə gətirib inspeksiyaya şöbə rəisi qoyurdu? Azərbaycana heç bir bağlılğı olmayan bir insanı gətirib inspeksiyaya şöbə rəisi qoydular, hansı ki, hərbi hissələrin döyüş hazırlığı, texnikası və döyüş qabiliyyəti haqqında bütün məlumatlar əlində cəmlənirdi.
Qaffarov Seyran hər gün gedib nazirə deyirdi ki, Verdiyev səni söyür. Nazir də təbii ki, ona inanırdı. Məni göndərdilər 1-ci korpusa, orada xidmət elədim. Korpus komandanlığında dəyişiklik oldu. 3 yerə təqdimatım gedir, polkovnik-leytenant hərbi rütbəsinə (vaxtı çatdığına görə), akademiyaya və hərbi hissə komandir müavinliyinə. Korpus komandiri dəyişdiyi üçün hər şey dəyişdi.
Təzə gələn hərbi hissə komandiri əsgər pulu ilə kazarma tikməyə başladı, birinci yox deyən mən oldum. O işlərin tam əleyhinə çıxdım. Əsgər 3 ay maaş almırdı. Hərbi hissə komandiri ilə buna görə aramızda problem oldu. Hərbi hissə komandiri narkotikdən dünyasını dəyişdi, korpus komandiri də dövlət çevrilişinə cəhdə görə işdən azad edildi. Mənim taleyimi həll edən bunlar olub, biri narkoman, biri də inqilabçı-dekabrist. Hərbi hissə komandiri dedi ki, təqdimatı yazmışam, korpus komandirindədir, korpusdan isə dedilər ki, hərbi hissədə. Axırda onlara dedim ki, nə akademiyanı istəyirəm, nə də vəzifəni, bütün qohumlar, ailə, dostlar rütbə almağımı gözləyirlər. 6 ay məni yola verdilər. Gördüm rütbəmi vermirlər, raport yazdım. 1986-cı ildən hərbi xidmətdə olmuşam. 17 illik xidmətim övründə 1 dəfə töhmət almamışam. Gördüm ki, rütbəmi vermirlər, öz istəyimlə ərizə yazıb ordu sıralarından təxris oldum.
33 yaşımda pensiyaya çıxmışam. Həyatı anlamağa o yaşda başlayırdım. O zaman anlayırdım ki, əsgər nədir, valideyn nədir, yüksək rəhbərlik nədir. NATO-nun təlimlərində iştirak etmişəm, Türkiyə silahlı qüvvələrinə yoxlamaya getmişəm, bir neçə sertifikatım var, tam yetişkin bir hala gəlmişdim ki, ordudan öz istəyimlə getdim.
- Aprel döyüşləri barədə də fikirləriniz maraqlı olar.
- Aprel döyüşləri Azərbaycan xalqının sınmış qürurunu bərpa etdi. Azərbaycan cəmiyyətini apreldəki kimi birləşmiş görməmişdim. Müharibəni ruh həll edir. Əgər döyüş ruhu varsa, əsgərin qarşısında heç nə dayana bilməzdi.
Biz dayanmamalıydıq. Birinci eşalondan geri çəkilən əsgər heç vaxt dönüb arxadan hücum edən əsgərlə savaşmır, biz bunu görmüşük, bütün ordularda da belədir. Qaçan əsgəri qovalamaq lazımdır. Ən çətin iş əsgəri birinci eşalon səngərindən çıxarmaqdır. Bizə 15 gün vaxt lazım idi apreldə. Ən çətini əsgəri birinci səngərdən çıxarmaq idi. Heç olmazsa Füzuli, Cəbrayıl, Ağdərəni təmizləməli idik. Çətin işi görmüşdük. Heyf davamı gəlmədi...
Səxavət Məmməd
Ölkə.Az