Yapon və rus nazirlərin zarafatı: "Bizm ölkəyə siz gətirdiz..."

21-03-2018, 12:48           

Yaponiyada səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrovla yapon həmkarı Taro Kono səhər yeməyi zamanı zarafatlaşıblar.

Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxaova özünün Feysbuk səhivəsində yazıb.

Nazirlərin yemək yedikləri salonun pəncərəsindən qar yağıdğını görən Taro Kono deyib: "Cənab Lavrov, belə qəfil qar Rusiyanın işi ola bilər. Əvvəllər belə güclü qar yağmayıb. Yaponiyaya qarı siz gətirmisiz..."

Lavrov Taro Konoya zarafatla cavab verib: "Sizin seçkilərə müdaxilə edə biliriksə, iqlimə də müdaxilə edə bilərik..."

Zarafatdan sonra nazirlər qar yağan pəncərinin qarşısında şəkil çəkdiriblər.
Yapon və rus nazirlərin zarafatı: "Bizm ölkəyə siz gətirdiz..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.