İlyas İsmayılov hərbçilərimizin ordeni barədə: “Hansı ərazi bütövlüyündən söhbət gedir?”

28-06-2018, 08:39           
İlyas İsmayılov hərbçilərimizin ordeni barədə: “Hansı ərazi bütövlüyündən söhbət gedir?”
“Azərbaycanın hansı ərazi bütövlüyündən söhbət gedə bilər ki, torpaqlarımızın 20 faizi işğal altındadır”.

Ovqat.com xəbər ki, Ədalət partiyasının sədri İlyas İsmayılov Müdafiə naziri Zakir Həsənov, Baş qərargah rəisi Nəcməddin Sadikov və Əlahiddə Ümumqoşun Ordusunun Komandanı Kərəm Mustafayevin “Rəşadət” ordeni ilə təltif olunmasını şərh edərkən belə deyib.

Əməkdaşımızın sualını cavablandıran partiya sədrinin fikrincə, dünən ordu quruculuğunun 100 illiyi münasibətilə mükafatlandırılan hərbçilərin hər birinin ölkə və millət qarşısında, ola bilsin ki, çox böyük xidmətləri var: “Amma heç bir halda bu xidmətləri “ərazi bütövlüyünün qorunub saxlanması” kimi təqdim etmək mümkün deyil. Yaxşı olardı ki, Sərəncamın həmin hissəsi ümumiyyətlə ixtisar edilərdi. Çünki qəbul edilən bu qərarlar tarixdə qalacaq. Gələcək nəsillərimizin bizə gülməməsi üçün hər kəlməyə diqqətlə yanaşmalıyıq”.

Qeyd edək ki, sözügedən Sərəncamda deyilir:

“ Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər:”...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru