İran-Çin böhranı başlamaq üzrədir - DAYANDIRILDI

1-11-2018, 18:38           
İran-Çin böhranı başlamaq üzrədir - DAYANDIRILDI
İran-Çin Ortaq Ticarət Palatasının başçısı Əsədullah Əsgərövladı ABŞ sanksiyaları səbəbindən Çin banklarının İran şirkətləri ilə əməkdaşlıq eləmədiyini söyləyib.

“Tansim” agentliyinə müsahibə verən Əsgərövladi ABŞ sanksiyalarının Tehranın Pekin ilə iqtisadi münasibətlərinə təsirindən danışıb.

ABŞ sanksiyaları səbəbindən heç bir İran bankının iranlı biznesmenlərlə əməkdaşlıq eləmədiyini bildirən Əsgərövladi deyib: “İranlı ixracatçıların Çindəki bank əməliyyatları dondurulub”.

Çin banklarının İran şirkətləri ilə əlaqələrini dayandırılması səbəbindən İrandan Çinə ixracatın dayanma nöqtəsinə gəldiyini qeyd edən Əsgərovladi deyib: “Mərkəzi Bank Çinlə bankçılıq əməkdaşlığının davam eləməsi istiqamətindəki danışıqları davam etdirsə də, bu danışıqlar hələ nəticə verməyib”.
Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru