Milli Məclisdə mübahisə düşdü

2-11-2018, 12:52           
Milli Məclisdə mübahisə düşdü
Milli Məclisin bu gün keçirilən plenar iclasında mübahisə yaranıb.

AzNews.az xəbər verir ki, mübahisə deputat Zahid Orucun məhkəmələrə hakim təyinatı layihəsi ilə bağlı çıxışı zamanı baş verib. Belə ki, Z.Oruc çıxış edərkən deputat Yevda Abramov “Çox danışırsan” deyə replika atıb.

Zahid Oruc isə cavabında belə deyib: “Yevda müəllim, sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin”.

Spiker Oqtay Əsədov isə Z.Oruca çıxışını davam etdirməyi tövsiyə edib: “Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru