Venesuela parlamenti Maduronu qəsbkar elan edib

16-01-2019, 06:45           
Venesuela parlamenti Maduronu qəsbkar elan edib
Venesuela Milli Assambleyası (parlament) ikinci müddətə yenidən seçildikdən sonra prezident vəzifələrinin icrasına başlaması ilə əlaqədar olaraq Nikolas Maduronun qəsbkar elan olunduğu qanun qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.

Məlumata görə, belə bir tədbir Maduronun bütün hərəkətlərinin etibarsız sayılmasını nəzərdə tutur.

Daha əvvəl ABŞ prezidenti Donald Trampın Venesuela parlamentinin spikeri, müxalifətyönlü siyasətçi Xuan Quaydonun Vaşinqtonun legitimliyini tanımadığı dövlət başçısı Nikola Maduronun əvəzinə bu ölkənin prezidenti kimi tanınması mümkünlüyünü rəsmi olaraq nəzərdən keçirdiyi xəbər verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru