ABŞ-ın nüvə müqaviləsindən çıxmasının - Əsl səbəbi
3-02-2019, 10:21
Yaxın və orta mənzilli raketlərin istehsalının dayandırılması ilə bağlı sazişdən çıxan ABŞ iki ildir ki, sözügedən sazişlə qadağan olunan raketlərin istehsalı üçün hazırlıqlar görür.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiyə Nazirliyi yayıb.
“Sazişin şərtlərinin Rusiya tərəfindən pozulmasıyla əlaqədar əsassız iddialar irəli sürən Vaşinqton yaxın və orta mənzilli raketlərin istehsalının dayandırılması və ləğvi ilə bağlı imzalanan sazişdən çıxmaqla yetinməyib, bu raketlərin istehsalı üçün iki ildir ki, hazırlıqlara başlayıb. 2017-ci ilin iyulundan etibarən "Reyton" hərbi sənayesi yaxın və orta mənzilli raketlərin istehsalı məqsədi ilə istehsal gücünü artıran və modernləşdirən proqrama başlayıb. Bu fabrik yaxın və orta mənzilli raketlərin istehsalı ilə yanaşı, hər cür raket istehsal edən sənayedir. Nəticə olaraq, fabrik iki il ərzində sahəsini 55 mindən 79 min kvadratmetrə qədər artırıb. Rəsmi açıqlamalarda isə işçilərin sayının daha 2000 nəfər artırılacağı bildirilib. Bununla yanaşı, Amerika Konqresi 2017-ci ilin noyabrında Pentaqona 58 milyon dollar ödəniş edərək yaxın və orta mənzilli raketlərin istehsalı ilə bağlı təlimat verib. Beləliklə, görülən tədbirlərdən o qənaətə gəlmək olar ki, ABŞ sazişdən çıxmaq qərarını Rusiyaya qarşı irəli sürdüyü əsassız iddialardan iki il öncə alıb", - nazirlik bildirib.