"Məmmədyarovla salamlaşmaq kimi problemimiz yoxdur" - Erməni nazir

17-02-2019, 13:07           
"Məmmədyarovla salamlaşmaq kimi problemimiz yoxdur" - Erməni nazir
"Biz ayrıca görüş planlaşdırmamışıq. Amma dəhlizdə görüşə bilərik, bizim nazir Məmmədyarovla görüşmək və salamlaşmaq kimi problemimiz yoxdur".

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.

Onun sözlərinə görə, iki ölkənin XİN rəhbərləri arasında Münhen təhlükəsizlik konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları davam etdirmək üçün ayrıca görüş planlaşdırılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru