İranın xarici işlər naziri:"Müharibə riski böyükdür".....

17-02-2019, 21:04           
İranın xarici işlər naziri:"Müharibə riski böyükdür".....
“İsrail və ABŞ-ın Yaxın Şərqdəki əməlləri müharibəyə doğru aparır”.

Strateq.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib. “Əlbəttə ki, bəzi insanlar müharibə axtarır… İsrail”, – deyə o vurğulayıb.

Zərif İsraili Suriyanı bombaladığına görə beynəlxalq hüququ pozmaqda günahlandırıb və Avropanı hərəkətsizliyə görə ittiham edib. “Müharibə riski böyükdür. Əgər beynəlxalq hüququn pozulmasına göz yummaqda davam edəcəksinizsə, risk daha böyük olacaq"- deyə vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru