Əgər mənə bir şey olsa, küçələrə çıxın və ölkəmizi qoruyun.
Axar.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro xalqa və orduya müraciətində deyib.
“Mən xalqa və orduya əmr edirəm: əgər bir gün eşitsəniz ki, mənə nəsə olub, bir saniyə də tərəddüd etmədən küçələrə çıxın və Vətəni müdafiə edin”, - Maduro bu gün tərəfdarlarının keçirdiyi çoxminli mitinqdəki çıxışında bildirib.
Qeyd edək ki, ölkədə vəziyyət Milli Assambleyanın spikeri Xuan Quaidonun 23 yanvarda özünü dövlətin başçısı elan etməsindən sonra gərginləşib.