Donald Trampla Xəlifə Həftar arasında telefon danışığı olub

20-04-2019, 08:51           
Donald Trampla Xəlifə Həftar arasında telefon danışığı olub
ABŞ Prezidenti Donald Trampla Liviya generalı Xəlifə Həftar arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, ABŞ lideri generalla danışığında terrorçuluqla mübarizə üzrə davam edən səyləri və Liviyada sülh və sabitliyə nail olunmasının zəruriliyini müzakirə edib.

Qeyd edilib ki, söhbət bir neçə gün əvvəl olub, amma Ağ Ev yalnız dünən bu barədə bildirib.

Məlumata görə, D.Tramp X.Həftarla terrorçuluqla mübarizədə və Liviyanın neft resurslarının təhlükəsizliyinin təmin olunmasında generalın əhəmiyyətli rolunu etiraf edib. Tərəflər həmçinin Liviyanın sabit, demokratik siyasi sistemə keçidinin ümumi mənzərəsini müzakirə ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.