Saakaşvilinin dövründə kimsə Azərbaycan sərhədinə gəlib dağın başından bizi təhqir etmirdi.

30-04-2019, 17:28           
Saakaşvilinin dövründə kimsə Azərbaycan sərhədinə gəlib dağın başından bizi təhqir etmirdi.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putini tənqid edərkən deyib ki, Kreml sahibi bir sıra ölkələrə təzyiq edir ki, onu həmin ölkələrə buraxmasınlar və bu sırada Azərbaycanın da adını çəkib. Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan-Azərbaycan münasibətləri ən yüksək inkişaf dövrünü yaşayıb. Saakaşvili həmişə Azərbaycan haqqında ancaq müsbət fikirlər söyləyib. Saakaşvilinin dövründə kimsə Azərbaycan sərhədinə gəlib dağın başından bizi təhqir etmirdi. Bütün bunlar indi yaşanır.

Mixail Saakaşvili prezidentlikdən getdikdən sonra da dəfələrlə Bakıda olub, müxtəlif konfranslarda iştirak edib, prezident İlham Əliyevlə görüşüb. Saakaşvilini xanımı da Bakıya gəlib, kitabının təqdimatını keçirib. Saakaşvili Putinin əsas düşmənlərindən sayılır. Ancaq Putin istəyir deyə Sakaşviliyə Azərbaycanın qapılarının bağlanması da yanlış olardı. Kremlin Azərbaycanın daxili işlərinə qarışmağa, Bakıya kimi çağırıb, kimi çağırmamaq kimi “tövsiyyə” verməyə haqqı yoxdur. Torpaqlarımızı işğal edən, Xocalı soyqırımını törədən erməni rəsmilərin Mokskaya mütəmadi dəvətləri bizim də xoşumuza gəlmir. Ancaq bizdən kimsə buna görə Rusiyaya mesaj göndərmir ki, “onu qəbul etməyin”. Odur ki, Saakaşvili də rahatlıqla Bakıya gəlmək imkanına malik olmalıdır. Kremlin qanunsuz istəyini bir dəfə yerinə yetirsək, iştahının və növbəti “istəklərinin” sayı artacaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.