Kremli də geri addım atmağa məcbur etdirmək mümkündür.

1-05-2019, 06:11           
Kremli də geri addım atmağa məcbur etdirmək mümkündür.
Teref.az - Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə son görüşündə dedi ki, əgər iki ölkə arasındakı münasibətlərin ittifaq səviyyəsində qalmasını istəyirsənsə səfirini ölkəmdən rədd elə, başqasını göndər. Məsələ burasındadır ki, Rusiyanın Belarusdakı səfiri Mixail Babiç həqiqətən kobud şəkildə çalışdığı ölkənin daxili işlərinə qarışırdı. Lukaşenko bir neçə dəfə səfiri kəskin tənqid etmişdi, ona yerini göstərmişdi. İlk dəfədir müşahidə edirəm ki, Putin kiminsə tələbini yerinə yetirir. Rusiya prezidenti bu gün verdiyi fərmanla Babiçi geri çağırararaq onun yerinə Federasiya Şurasının üzvü Dmitri Mezentsevi Belarusa səfir təyin edib. Lukaşenkonun bu nümunəsi göstərir ki, Kremli də geri addım atmağa məcbur etdirmək mümkündür.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru