Deputat qaz limitinin artırılmasını tənqid etdi: “Bu, vətəndaşlarımız üçün qaneedici deyil”

1-05-2019, 11:25           
Deputat qaz limitinin artırılmasını tənqid etdi: “Bu, vətəndaşlarımız üçün qaneedici deyil”
Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılaraq illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə çatdırılıb. Tarif Şurasının iclasında qəbul edilən qərar bu gündən – 1 maydan qüvvəyə minir.
Teref.az xəbər veri ki, bu barədə deputat Fazil Mustafa sosial şəbəkə hesabında yazaraq qaz limitinin artırılmasını həm təqdir, həm tənqid edib:
“Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı. Bu, hər bir halda irəliyə doğru bir addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil.
Milli Məclisdə bizim təklifimiz limitin iki dəfə artırılması olmuşdu. Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı.
Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır”. /AZXEBER.COM/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru