Rus jurnalistdən tarixi saxtakarlıq: "Geri dönüş”, yoxsa buynuzlu yalan?

1-05-2019, 11:33           
Rus jurnalistdən tarixi saxtakarlıq: "Geri dönüş”, yoxsa buynuzlu yalan?
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, rus jurnalisti Svetlana Kulçitskayanın “Geri dönüş” adlı sənədli filminin yaxın günlərdə Ermənistanda nümayişi gözlənilir. Qarabağdakı ermənilərin gündəlik yaşam tərzindən bəhs edən filmdə bu torpaqların ermənilərə məxsusluğu, Qarabağın “əsl sahiblərinin” “öz torpaqlarında” yaşayıb-yaratmaq arzusu əks olunub.
Filmdə Azərbaycan tərəfinin “təcavüzkar cəhdlərinə rəğmən” ermənilərin qurub-yaratmada davam etdiyi, “sülhpərvər mövqe” nümayiş etdirdiyi ilə bağlı cəfəng fikir təlqin edilir.
Xatırladaq ki, S.Kulçitskaya bundan öncə də Azərbaycan haqqında yalan məlumatlar təbliğ edən bir sıra sənədli filmlərə imza atıb. Bunların sırasında “Yaşayın” (1992), “Bombardımanın ardından” (1992), “Barış qarşılığı” (1994) kimi filmləri göstərmək olar.
“Geri dönüş” filminin bu gün Moskvada nümayiş etdiriləcəyi, bunun ardınca isə Ermənsitanda ekrana gətiriləcəyi gözlənilir.
Göründüyü kimi, rus jurnalist sənədli film adı altında tamaşaçılara buynuzlu yalan təqdim edir. Çünki tarixdən az-çox anlayışı olan hər kəsə Qarabağın tarixi Azərbaycan torpağı olduğu, ermənilərin bu torpaqlara rusların səyi ilə XIX əsrin I yarısından etibarən köçürüldüyü məlumdur. Belə olan təqdirdə “Geri dönüş” filmini yalnız tarixi saxtakarlığın yeni nümunəsi kimi dəyərləndirmək mümkündür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.