Baltik dənizinə NATO donanması girdi

2-05-2019, 08:28           
Baltik dənizinə NATO donanması girdi
Danimarkanın “Tetis” freqatının başçılığı ilə NATO gəmilərindən ibarət qruplaşma Baltik dənizinə girib.

Publika.az xəbər verir ki, bu haqda “Intel Ska & Air” monitorinq resursunun məlumatında deyilir.

Danimarka freqatını Niderland, Belçika, Norveç və Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilər müşayiət edir. Gəmilər hazırda Danimarkanın Bornholm adasındadır.

Daha əvvəl – aprelin 18-də Baltik dənizinə ABŞ-ın “Qreyvli” esminesinin rəhbərlik etdiyi NATO gəmilərindən ibarət qrup girib. Onların hərəkətlərini Rusiya hərbçiləri, o cümlədən dəniz aviasiyasının təyyarələri, gəmi zərbəçi qrupları”, ”Bal” və “Bastion” sahil raket kompleksləri izləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru