ABŞ daha iki erməni şirkətini qara siyahısına saldı

14-08-2019, 10:19           
ABŞ daha iki erməni şirkətini qara siyahısına saldı
ABŞ Ticarət Nazirliyi Ermənistanın İrəvan Əlaqə Vasitələri Elmi Tədqiqat İnstitutu Qapalı Səhmdar Cəmiyyəti və “Markel” Qapalı Səhmdar Cəmiyyətini öz qara siyahısına salıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin saytında yer alıb. Məlumata görə, İrəvan Əlaqə Vasitələri Elmi Tədqiqat İnstitutunun bu siyahıya düşməsinə səbəb QSC-nin ABŞ Təhlükəsizlik və Sənaye Bürosunun kommersiya nəzarəti siyahısında olan malları lazımi lisenziyalar olmadan reeksport etməsi olub. Digər tərəfdən Vaşinqton hər iki QSC-nin icraçı direktorunun ABŞ sanksiyaları altında olan İran təşkilatları ilə bizneslə məşğul olduğu bildirilib.

Nazirlik sanksiyaların çərşənbə günündən qüvvəyə mindiyini vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.