ABŞ prezidenti tezliklə Çin rəhbəri ilə telefonla danışacağına söz verib

16-08-2019, 07:26           
ABŞ prezidenti tezliklə Çin rəhbəri ilə telefonla danışacağına söz verib
ABŞ prezidenti Donald Tramp bildirib ki, tezliklə Çin Xalq Respublikasının sədri Si Çzinpinlə telefonla danışacaq.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Bizim ən yaxın vaxtda danışığımız planlaşdırılıb", - deyə o jurnalistlərə bildirib.

Trampın sözlərinə görə, ticarət "müharibəsi" nə qədər uzun müddət davam edirsə, ABŞ iqtisadiyyatı da o qədər möhkəm olur. O, bununla yanaşı hesab edir ki, ticarət müharibəsi uzun müddət davam etməyəcək.

ABŞ və Çin arasında ticarət münaqişəsi avqustun ilk günlərində - Donald Trampın 1 sentyabrdan Amerikanın Çinin 300 milyard dollarlıq mallarına 10% rüsum tətbiq etmək niyyətini açıqlamasından sonra kəskinləşib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp "Twitter" vasitəsi ilə Çin liderinə Honkonqdakı vəziyyətlə bağlı görüş təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru