“Mütləq Türkiyə Rusiyadan üzr istəməlidir” - Araz Əlizadə

25-11-2015, 21:42           
“Mütləq Türkiyə Rusiyadan üzr istəməlidir” - Araz Əlizadə
“Mütləq Türkiyə Rusiyadan üzr istəməlidir”.

Bu sözləri Reaksiya.az-a millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

O, bu məsələdə Azərbaycanın öz mövqeyini qoruyub saxlamasının vacibliyini vurğulayıb: “Türkiyə üzr istəyərsə, hələ Rusiyanın bağışlayıb-bağışlamayacağı sonrakı məsələdir. Türkiyənin hava məkanı pozulmayıb, Türkiyə rəhbərliyi boş-boş danışır. Suriya təyyarələrini də Suriya ərzasində vururdu və deyirdi ki, hava məkanımı pozub. Ədalət və İnkişaf Partiyası (AKP) “müsəlman qardaşları”na yaxın partiyadır, onlar riyakar və yalançıdırlar. Azərbaycan isə bu məsələlərə qarışmamalı, öz yolu ilə getməlidir”.

Xatırladaq ki, Araz Əlizadənin qardaşı, ASDP-nin sabiq həmsədri Zərdüşt Əlizadə isə Türkiyənin düzgün addım atdığını, üzr istəməli olmadığını deyib. Bundan əvvəl deputat Aqil Abbas və AYB katibi Rəşad Məcid Türkiyəni günahlandıraraq, Ankaranın Moskvadan üzr istəməsini tələb ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.