Zaxarovadan Qarabağla bağlı – Açıqlama

4-10-2019, 00:00           
Zaxarovadan Qarabağla bağlı – Açıqlama
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməyi planlaşdırırlar.

Teref.az xəbər verir ki, bunu Moskvada keçirilən brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar bu ölkələrin nümayəndələri tərəfindən anons ediləcək:

“Deyə bilərəm ki, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə razılaşdırıldığı kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ nizamlanması məsələsini müzakirə etmək üçün bölgəyə səfər etməyi planlaşdırırlar. Səfərin vaxtı dəqiqləşdirilir və biz bu barədə əlavə məlumat verəcəyik”, -deyə M.Zaxarova qeyd edib. /Azərtac/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru