Rusiyada azərbaycanlı siyasi partiya yaradacaq

7-10-2019, 02:20           
Rusiyada azərbaycanlı siyasi partiya yaradacaq
Oktyabrın 9-da Rusiyanın "İnterfaks" agentliyinin mərkəzi ofisində yerli və xarici jurnalistlər üçün "Rusiyanın Ədalətli Qüvvələr İttifaqı yeni siyasi partiyasının yaradılması - zamanın hökmü" mövzusunda mətbuat konfransı keçiriləcək.

"Report"un Moskva müxbiri xəbər verir ki, tədbirin təşkilatçısı Rusiyanın Ədalətli Qüvvələr İttifaqı Ümumrusiya Partiyasıdır.

Partiyanın təşkilat komitəsinin sədri Beynəlxalq Hüquq Şirkəti "Elman Qrup" MMC-nin təsisçisi, milliyyətcə azərbaycanlı Elman Paşayevdir.

Qeyd edilir ki, hazırda partiyanın təşkilat komitəsi Rusiya Federasiyasının bölgələrində regional strukturları formalaşdırır.

Partiya gələcəkdə bütün seçkilərdə, o cümlədən Dövlət Dumasına 2021-ci ildə keçiriləcək səsvermələrdə iştirak edəcək.

Qeyd edək ki, partiyanın yaradılması ideyası bu ilin 9 iyununda ortaya çıxıb. Moskvanın biznes mərkəzində müxtəlif ixtisas sahibləri, millətlərin nümayəndələri Moskva Şəhər Dumasına seçki kampaniyasında mümkün iştirakı müzakirə etmək üçün toplaşıblar. Tədbirdə həm iqtisadi, həm də siyasi məsələlər müzakirə predmeti olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru