İraqlı sabiq deputatdan ermənilərə dəstək - "Xankəndidə Qarabağı müstəqil dövlət kimi..."

12-10-2019, 12:52           
İraqlı sabiq deputatdan ermənilərə dəstək - "Xankəndidə Qarabağı müstəqil dövlət kimi..."
Xəbər verdiyimiz kimi, dünən –oktyabrın 11-də Azərbaycanın işğal altındakı Xankəndi şəhərində 30 ölkədən 150 nümayəndənin iştirakı ilə “Artsaxın dostları” adı altında forum keçirilib.

Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, forumda İraq parlamentnin keçmiş deputatı Mohammad əl Akeyli də iştirak edib.

Əl Akeyli öz çıxışında işğal altındakı torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejimi “müstəqil dövlət” kimi təqdim etməklə Azərbaycanın ərazi bütövlüyünü də təhdid edib. İraqın keçmiş deputatı “Azərbaycanı “Minsk Qrupunun vasitəçilik səylərinə hörmət etməyə” çağırıb.

Sabiq iraqlı separatçı ermənilərlə dostluqdan danışaraq belə deyib:

“Artsax” xalqı çox ağrılar yaşayıb. İnanıram ki, Artsax xalqının və hökumətinin müstəqil dövlət qurmaq istəyi həyata keçiriləcək” -deyə Mohammad əl Akeyli. O, separatçı-terrorçu rejim və İraq arasında parlament dostluğu qrupunun yaradılmasını da təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru