Məhkəmə Gözəl Bayramlı barəsində qətimkan tədbirini dəyişdirməyib

7-11-2017, 21:17           
Məhkəmə Gözəl Bayramlı barəsində qətimkan tədbirini dəyişdirməyib
Çərşənbə axşamı Bakının Nəsimi rayon məhkəməsində Babək Pənahovun sədrliyi ilə Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib, bu barədə Teref.az-a vəkil Əsabəli Mustafayev bildirib.

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək, deyə vəkil bildirib.

* Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Onun üzərinə 12 min dollar qoyulub və 206.1-ci (qaçaqmalçılıq) maddə ilə cinayət işi açılıb. Bayramlı hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
Mehman Eldaroğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru