Jurnalistlərdən sonra erməni deputatlar da Bakıya gəlir

27-11-2019, 11:23           
Jurnalistlərdən sonra erməni deputatlar da Bakıya gəlir
Artıq bununla bağlı ilkin müzakirələr aparılıb

Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərindən sonra iki ölkənin deputatlarının da qarşılıqlı səfərləri müzakirə edilir.

Bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, artıq bununla bağlı ilkin müzakirələr aparılıb.

Bakının artıq "Çiçəklənən Ermənistan" Partiyasından olan deputat Naira Zöhrabyanın ölkəyə gəlişinə veto qoyduğunu və bunun Zöhrabyanın Azərbaycanın ünvanına səsləndirdiyi ifadələrlə bağlı olduğu da bildirilib.

Zöhrabyan özü isə Ermənistan XİN-in müzakirələr zamanı bu şərti qəbul etməyəcəyinə ümid etdiyini söyləyib. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru