Ramiz Mehdiyev: “Bu məsələyə milli təhlükəsizlik prizmasından yanaşmaq lazımdır”

30-11-2019, 00:00           
Ramiz Mehdiyev: “Bu məsələyə milli təhlükəsizlik prizmasından yanaşmaq lazımdır”
Noyabrın 29-da İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun və AMEA Rəyasət Heyətinin birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı öz işinə başlayıb.

Tədbirin açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev fərdi məlumatların mühafizəsinin ən fundamental insan hüquqlarından biri olan şəxsi toxunulmazlıq hüququnun ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb.

Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişaf etdiyini, artıq internet infrastrukturunun bütün ölkəni əhatə etdiyini diqqətə çatdıran R.Mehdiyev, ölkəmizdə insanların söz və İnternet azadlıqlarının yüksək səviyyədə təmin edildiyini, vətəndaşlarımızın müxtəlif sosial şəbəkələrdən, elektron ticarət və digər xidmətlərdən fəal şəkildə istifadə etdiyini söyləyib.

AMEA-nın prezidenti bildirib ki, fərdi məlumatların mühafizəsi məsələsinə bütövlükdə milli təhlükəsizlik prizmasından yanaşmaq lazımdır. Vətəndaşlar virtual mühitin xüsusiyyətlərini nəzərə alaraq öz fərdi məlumatlarının qayğısına qalmalı, onlarla düzgün davranmalıdırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.