Vaşinqton niyə paytaxt seçildi? - GİZLİ MƏQAMLAR üzə çıxdı

1-12-2019, 12:27           
Vaşinqton niyə paytaxt seçildi? - GİZLİ MƏQAMLAR üzə çıxdı
Vaşinqton bu gün paytaxt statusu almasının 219 illiyini qeyd edir.

Publika.az xəbər verir ki, şəhərə paytaxt statusu 1 dekabr 1800-cü ildə verilib.

Vaşinqtonun ərazisini isə ölkənin ilk prezidenti Corc Vaşinqton seçib. Şəhər məhz onun şərəfinə adlandırılıb.

Pensilvaniyada yerləşən Filadelfiya isə ABŞ-ın ilk paytaxtı olub. "İstiqlaliyyət Bəyannaməsi" məhz orada imzalanıb. Filadelfiya hazırda əhalisinin sayına görə ABŞ-ın 6-cı şəhəridir.

Britaniya işğalı zamanı, yəni 1776-77-ci illərdə ABŞ-ın paytaxtı Baltimor olub. Hazırda Merilend ştatının ən böyük şəhəridir.

1777-ci ildə ABŞ-ın paytaxtı 1 günlük Lankaster olur. 18-ci əsrin sonunda Pensilvaniyada yerləşən York şəhəri paytaxt olub.

1783-84-cü illərdə Britaniya şahzadəsi Annanın şərəfinə adlandırılan Annapolis də ABŞ-ın paytaxtı olub.

11 yanvar 1785-ci ildən 12 avqust 1790-cı ilə qədər paytaxt Nyu-York olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru