“Hələlik yorulmamışıq” - Kəmaləddin Heydərovun 81 yaşlı deputat atası

1-12-2019, 21:49           
“Hələlik yorulmamışıq” - Kəmaləddin Heydərovun 81 yaşlı deputat atası
Milli Məclisin deputatı, parlamentin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.
Teref.az xəbər verir ki, deputat növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi məsələsinə münasibətini bildirərkən “hələlik yorulmamışıq” deyib.

Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum görməyib:

“Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.

Qeyd edək ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərovun 81 yaşı var, 1995-ci ildən MM-də təmsil olunur. /Etikxeber.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru