Sona Vəliyeva Prezidentin Əli Həsənovla bağlı Sərəncamını dərc etməkdən imtina edib?

2-12-2019, 07:38           
Sona Vəliyeva Prezidentin Əli Həsənovla bağlı Sərəncamını dərc etməkdən imtina edib?
Xəbər verdiyimiz kimi, noyabrın 29-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib.
Sözügedən Sərəncam Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində və AZƏRTAC-da yerləşdirilsə də, ancaq Əli Həsənova məxsus olan bəzi KİV-lərdə yer almayıb.
Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın təsisçisi olduğu "Kaspi" qəzeti ölkə Prezidentinin bu Sərəncamını dərc etməkdən imtina edib. Qəzetin 30 noyabr tarixli nömrəsində Prezident İlham Əliyevin ayın 29-da imzaladığı Sərəncamlar arasında yalnız Əli Həsənovla qərarı dərc olunmayıb.
Görünür, Əli Həsənovun vəzifəsindən çıxarılması onun üçün də gözlənilməz olub. Buna görə də Sona Vəliyeva rəhbərlik etdiyi qəzetdə Prezident İlham Əliyevin Əli Həsənovla bağlı məlum Sərəncamının dərc etməkdən imtina edib.
Qeyd edək ki, Sona Vəliyeva "Kaspi" qəzetininin təsisçisi olmaqla yanaşı, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinə də rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru