LUKAŞENKO PUTİNİ HƏDƏLƏDİ - “Rusiya neftinə və qazına alternativ axtaracam”
26-12-2019, 01:43

Belorus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, əgər Moskva həddindən artıq yüksək qiymət tətbiq edərsə, Rusiya neftinə və qazına alterntiv variantlar axtarmalı olacaq.
«Əgər mənə deyirlərsə ki, qazın qiyməti 152 dollar olmalıdır, o zaman iqtisadiyyatı necə inkişaf etdirmək olar? Belə şey olmaz…» - deyə, Belorus lideri «Exo Moskva» radiosuna verdiyi müsahibəsində qeyd edib.
Belorus prezidenti bəyan edib ki, Moskvada ona xəbərdarlıq ediblər. Bildiriblər ki, Belorusun Rusiya bazarından getməsi neft və qaz onun ölkəsinə baha başa gəlləcək.
«Mən isə misal gətirdim: Siz Ukrayna ilə qaz tranzitinə görə, «hürüşməyə» başlayanda nə etdiniz? Yan keçməklə kəmər çəkdiniz - Şimal və Cənub axını. Bu, onlarla milyard dollar deməkdir. Mən də elə həmin cürə edəcəm, Vladimir Vladimiroviç. Mən, alternatv axtaracam. Onsuz da onu axtarmalı olacağıq. Mən, bunu Rusiya rəhbərliyindən gizlətmirəm» - Lukaşenko bildirib.
Prezident xüsusilə qeyd edib ki, Səudiyyə və ya Amerika neftini Polşa üzərindən alıb, boru ilə gətirə bilər.
O, həm də diqqəti bu məqama yönəldib ki, hazırda Belorus həcminə görə, Rusiya qazının 3-cü böyük istehsakçısıdır - Almaniya və İtaliyadan sonra. Odur ki, Moskva üçün belə böyük bazarı itirmək çətin ki, arzuedilən olsun.
AzPolitika.info