ABŞ-ın bu qərarı Avropaya zərbə olacaq - Qruşko

26-12-2019, 03:02           
ABŞ-ın bu qərarı Avropaya zərbə olacaq - Qruşko
ABŞ-ın Açıq Səma Anlaşmasından çıxması Avropanın təhlükəsizliyinə zərbə olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Biz milli maraqlardan irəli gələn qərar qəbul edəcəyik. İstənilən halda deyə bilərik ki, bu qərar Avropanın təhlükəsizinə növbəti zərbə olacaq”, - deyə Qruşko bildirib.

Diplomat vurğulayıb ki, Vaşinqton sazişdən çəkilməsi ilə bağlı Rusiya tərəfinə hər hansı bildiriş göndərməyib:

“Lakin biz müxtəlif nöqtələrdən eşidirik ki, bu saziş Vaşinqtonun maraqlarına cavab vermir”.

Qeyd edək ki, “Vol Strit” jurnalı ABŞ Prezidenti Donald Trampın ölkəsinin sözügedən sazişdən çıxması ilə bağlı müvafiq sənədi imzaladığını iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru