Geri çəkil onsuzda nəticə məlumdur-Mətanət Əsgərqızı

19-01-2020, 23:13           
Geri çəkil onsuzda nəticə məlumdur-Mətanət Əsgərqızı
Mətanət Əsgərqızı yazır : -Düşünürəm hər şey İnşallah yaxşı olacaq. Sadəcə çox çətin proseslər gedir. Qadın üçün bundan çıxmaq çətin olar, düşünürlər.

Biriləri geri çəkil, onsuzda nəticə məlumdu deyirlər. Gülürəm, çünki dövlətimə güvənirəm. Bərdənin icra başçısı Vidadi İsayevin kənd, bələdiyyə sədrləri, həkimlər, müəllimlər və digər dövlət qulluğunda çalışan işçilər vasitəsi ilə əhaliyə təbliğ olunması ki, yuxarı kimi deyib qutudan o, çıxacaq fikirlərin xalqın beyninə yeridilməsi yaxşı iş deyil.

Bir də dövlət qulluğunda işləyənlərin hamısı hədələnir ki, yalnız 9 fevralda filan adama səs verin, görəsən Vidadi İsayev nə zamana qədər insanları qorxu içində saxlayacaq? Deputatlığa namizəd Mətanət Əsgərqızına psixoloji təsir göstəriləcək. Belə hərəkətlərlə Vidadi İsayev cənab Prezidentin islahatlar işinə zərbə vurur. Eyni zamanda insanları kimə səs verməyə təhrik edirsə, bu hərəkət həmin şəxsi də xalqın gözündən salaraq, mənfi imic formalaşdırır. Maraqlı məsələ ilə qarşılaşdım. Əhalinin doxsan faizindən şəxsiyyət vəsiqələri müxtəlif bəhanələrlə toplanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru