"Qarabağ ətrafında bir sıra rayonlar azad edilməlidir" - Lavrov

21-04-2020, 16:15           
"Qarabağ ətrafında bir sıra rayonlar azad edilməlidir" - Lavrov
BMT Təhlükəsizlik Şurasının Qarabağ nizamlanması ilə bağlı qətnamələrinin həyata keçirilməsində ən vacib addım 2019-cu ilin aprel ayında Moskvada qəbul edilmiş sənədin imzalanmasıdır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dəyirmi masada deyib.

"Bu, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilmiş sənəddir. Bu sənədlər nizamlanmanın mərhələli yanaşma əsasında irəliləməsini nəzərdə tutur. Birinci mərhələ ən aktual problemlərin həlli, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsi, nəqliyyat, iqtisadi və digər kommunikasiyalarla bağlıdır", - Lavrov söyləyib.

O hesab edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında ən vacib addım bu sənədin imzalanması olacaq.

"Danışıqlar aparmağa başladıq, razılaşmalıyıq. ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq buna çalışırıq", Lavrov əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.