“ABŞ əkdiyini biçir” - Rusiyadan etirazlara münasibət
7-06-2020, 19:45
"Son günlər kütləvi iğtişaşların yaşandığı ABŞ dünyada irəli sürdüyü və başqa ölkələrdə sabitliyin pozulmasına səbəb olan eyni tezislərin nəticələri ilə üz-üzə qaldı". Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-da baş verən etiraz aksiyalarını şərh edərkən deyib.
"Avropada və ABŞ-da baş verənlər əkdiyini biçərsən deməkdir. Onlar xaos yaradırdılar və özləri bununla qarşılaşdılar",- deyə Zaxarova bildirib.
Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ölkədə ciddi etirazlara səbəb olub.