Samirə Bayramova: "Gürcüstanın bərabər hüquqlu vətəndaşı olan azərbaycanlıları heç kim gəlmə bir xalq kimi aşağılaya bilməz"

8-06-2020, 11:35           
Samirə Bayramova: "Gürcüstanın bərabər hüquqlu vətəndaşı olan azərbaycanlıları heç kim gəlmə bir xalq kimi aşağılaya bilməz"
İctimai fəal Samirə Bayramova Dövlət Təhlükəsizlik Xidmətinə özünün və başqa fəal insanların çağrılması məsələsinə münasibət bildirib.

24News.ge xəbər verir ki, S. Bayramova DTX-ya fəalların çağrılma məsələsinin cəmiyyətdə narahatçılığa səbəb olduğunu lakin şahid qismində dindirilən insanların protokola əsasən dindirmənin məzmunu barəsində fikir bildirməməli olduğunu və istintaq bitən kimi, detallar haqqında mütləq danışacağını bildirib.

Samirə Bayramova həmçinin onlara dəstək verənlərə öz təşəkkürünü bildirib və Gürcüstanın bərabər hüquqlu vətəndaşı olan azərbaycanlıları ikinci dərəcəli gəlmə bir xalq kimi görənlərin üzr istəmədikləri müddətcə hər hansı dialoqun, dostluqun və münasibətin mümkün olmayacağını deyir;

“Bu ərəfədə bizə dəstək olan hər kəsə təşəkkür edirik, ümid edirəm cəmiyyətimiz etnik zəmində münaqişə yaratmaq istəyən qüvvələrin oyununa gəlməyəcək, kimliyindən asılı olmayaraq, kimsə Gürcüstanın bərabər hüquqlu vətəndaşı olan azərbaycanlıları ikinci dərəcəli gəlmə bir xalq kimi aşağılaya bilməz. Bunu deyənlər cəmiyyət qarşısında üzr istəməyincə onlarla hər hansı dialoq, dostluq, münasibət mümkün olmayacaq”, - deyə Samirə Bayramova qeyd edib.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti bəzi qurupların Etnik gürcü və azərbaycanlılar arasında milli düşmənçilik və nifaq salmaq ittihamı ilə 30 may tarixində istintaq başladıb və Marneulidən olan bir neçə təşkilat direktorlarını və fəalları şahid qismində dindirməyə çağırıb.
www.24news.ge












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru