ABŞ Rusiya ilə nüvə silahları üzrə danışıqların aparılacağını təsdiqləyib
9-06-2020, 09:48
ABŞ, Rusiya Federasiyası ilə strateji sabitliyə dair danışıqları təsdiqləyir və Çini də bu danışıqlara dəvət edir...
ABŞ, Rusiya Federasiyası ilə strateji sabitliyə dair danışıqları təsdiqləyir və Çini də bu danışıqlara dəvət edir.
İnterAz-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin silah nəzarəti üzrə xüsusi nümayəndəsi Marşall Billinqsley açıqlama verib.
"Bu gün mən Rusiya Xarici İşlər Nazirinin müavini (Sergey) Ryabkov ilə iyun ayında nüvə silahı ilə bağlı danışıqların vaxtı və yeri barədə razılığa gəldim", Billinqsley Twitter-də dəqiq tarix və yerin adıı çəkmədən yazıb.
"Çin də dəvət olunur. Çin gələcəkmi və vicdanla danışıqlar aparacaqmı?" - Billinqsley sual verib.
"Bloomberg" agentliyi danışıqların 22 iyunda Vyanada keçiriləcəyni açıqlamışdı.