Türkiyədə bu qadağalar götürüldü

10-06-2020, 00:07           
Türkiyədə bu qadağalar götürüldü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra karantinin yumşaldılması prosesində alınan yeni qərarları açıqlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən yeni qərarları təqdim edir:

Restoran, kafe və qiraətxanaların bağlanma saatı 22:00-dan 24:00-dək uzadılıb;

Kinoteatr, teatr və şou mərkəzləri iyulun 1-dən fəaliyyətə başlayacaq;

65 yaşdan yuxarı vətəndaşlar həftənin bütün günləri saat 10:00-dan 20:00-dək küçəyə çıxa biləcəklər;

18 yaşdan aşağı şəxslər üçün qadağa isə yalnız valideyn himayəsində çölə çıxmaq şərti ilə aradan götürülür;

Milli parklar və təbii parklar 18 yaşdan kişik və 65 yaşdan böyük şəxslər üçün ödənişsiz olacaq;

Nikah zalları 15 iyunda, toy zalları isə 1 iyuldan etibarən fəaliyyətə başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru