MİLLİ ŞURADAN DAHA BİR İSTEFA: "Acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm"

11-06-2020, 14:36           
MİLLİ ŞURADAN DAHA BİR İSTEFA:
“Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın sədri Rövşən Əhmədli Milli Şuradan çıxıb.

Bu barədə R. Əhmədli özünün “facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, son zamanlarda Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti onu dərindən narahat edib.

“Milli Şurada baş verənlərə görə hədsiz dərəcədə üzgünəm. Milli Şurada qalmağı mümkünsüz , faydasız hesab edir və acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm. Milli Şuranı tək etsəm də, demokratik, hüquqi dövlət quruculuğu uğrunda mübarizəmiz davam edir və bu mübarizədə hamıya uğurlar diləyirəm”, – deyə R. Əhmədli qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfəron da Milli Şuradan istefa verib./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru