ABŞ-la Rusiya silahlara nəzarət məsələsini müzakirə edəcək

20-06-2020, 09:03           
ABŞ-la Rusiya silahlara nəzarət məsələsini müzakirə edəcək
ABŞ prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli Vyanaya səfər edəcək.

“Report”un məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 22-23 iyun tarixində baş tutacaq səfər zamanı Marşall Billinqsli Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ilə görüşəcək.

“Silahlara nəzarət mexanizmi müzakirə mövzusu olacaq. Amerika Birləşmiş Ştatları Çin Xalq Respublikasına bu müzakirələrə qoşulmaq üçün dəvət göndərib və hər üç ölkənin silah nəzarəti ilə bağlı danışıqlar aparması zəruridir”-deyə, məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru