Trampın mətbuat katibinin müavini Ağ Evdən gedir

24-06-2020, 00:01           
Trampın mətbuat katibinin müavini Ağ Evdən gedir
Hoqan Qidley

Ağ Evin mətbuat xidmətinin rəhbərinin müavini Hoqan Qidley vəzifəsini tərk edəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Twitter"dəki səhifəsində bildirib.

Tramp qeyd edib ki, Hoqan Qidley 2020-ci ilin seçkilərində onun yenidən prezident seçilməsi üzrə kampaniyanın mətbuat katibi olacaq.

"Hoqan Qidley 1 iyulda Ağ Evi tərk edəcək və milli mətbuat katibi olaraq mənim kampaniyamın (seçkiqabağı) tərkibinə keçəcək", - o yazıb.

"Biz seçkiləri udmalıyıq!" - Tramp əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru