"Hələ ki, manatı qorumağa imkan var..." - "Görünən budur ki, hökumət manatın sabitliyini saxlamaq niyyətindədir"
25-06-2020, 01:13

Dövlət Neft Fondunun vəsaiti hesabına dollar satışını artırmaqla, digər tərəfdən isə çox sərt inzibati tədbirlər hesabına panikanın dərinləşməsinin qarşısını ala bildi”.
"AzPolitika.info" xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Azər Mehtiyev moderator.az saytına açıqlamasında bildirib.
Xatırladaq ki, Mərkəzi Bank valyuta satışına sərt nəzarət tətbiq edib, 500-dollardan artıq valyuta alan şəxsləri nəzarətə götürüb. Bu tədbirlər ekspertlər tərəfindən hökumətin devalvasiya təhlükəsini önləməyə çalışması kimi şərh olunur.
Azər Mehtiyev xatırladır ki, mart ayında dünya neft bazarında başlayan “qiymət savaşı”ndan sonra neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Sonradan dünyanı bürüyən Covid-19 pandemiyasının təsiri nəticəsində neftə azalan tələb neft qiymətlərinin aşağı düşməsini daha da sürətləndirdi.
Ekspertin sözlərinə görə, son zamanlar neftin qiymətində müəyyən artımların olmasına, hətta 35-40 dollar/barrel səviyyəsinədək qalxmasına baxmayaraq, yaxın 6 ayda neftin qiymətlərində dalğalanmanın davam edəcəyi gözləniləndir: “Əlbəttə ki, dünyada pandemiyanın davam etməsi durumundan asılı olaraq vəziyyət fərqli istiqamətlərdə dəyişə bilər. Bütün hallarda pandemiyanın təsirlərinin hələ uzun müddət davam edəcəyi gözləniləndir. Bu isə o deməkdir ki, taleyi neft gəlirlərindən yüksək dərəcədə asılı olan ölkələrin, o cümlədən Azərbaycanın üzləşdiyi sınaq davam edəcək".