BMT baş katibi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları şərh edib
25-06-2020, 10:35
ABŞ-ın 2018-ci ildə İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bəzi müddəalarını həyata keçirməsinə mane ola bilər...
ABŞ-ın 2018-ci ildə İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bəzi müddəalarını həyata keçirməsinə mane ola bilər.
İnterAz xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoni Quterreşin məruzəsində deyilir.
"2018-ci ilin may ayından ABŞ plana uyğun olaraq ləğv etdiyi bütün milli sanksiyaları yenidən tətbiq etdi və İran İslam Respublikası ilə neft ticarəti ilə bağlı güzəştlərin müddətini uzatmamaq, nüvə layihələri ilə bağlı imtiyazları tamamilə yeniləməmək qərarına əməl etməkdə davam edir.
Bu hərəkətlər plan və 2231 qətnaməsindəki məqsədlərlə ziddiyət təşkil edir və İran İslam Respublikasına da plan və qətnamənin müəyyən müddəalarının həyata keçirməsinə mane ola bilər", sənəddə deyilir.