Putinlə Makron ilk dəfə bu cür danışdı

26-06-2020, 22:33           
Putinlə Makron ilk dəfə bu cür danışdı
Bu gün Rusiya lideri Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında ilk dəfə videokonfrans formatında görüş keçirilib.

Axar.az xəbər verir ki, liderlərin bir-birinə “sən” deyə müraciət etməsi diqqət çəkib.

Putin 24 iyun Qələbə paradı haqda danışıb və faşizm üzərində qələbəni “ümumi qələbəmiz” adlandırıb:

“Rusiya Şərq cəbhəsində bizim əsgərlərlə çiyin-çiyinə vuruşan fransızları heç vaxt unutmayacaq. Minlərlə sovet vətəndaşı isə Fransada, Fransa Müqavimət Hərəkatında iştirak edib”.

Putin terrorizm, idarəolunmayan miqrasiya, iqlim dəyişkənliyi və pandemiya, eyni zamanda, Ukrayna, Balkan, Suriya və Liviyadakı vəziyyəti müzakirə edəcəklərini qeyd edib.

Putin Makronu Rusiyaya da dəvət edib.

Pandemiyaya görə Moskvaya gələ bilmədiyini xatırladan Fransa lideri Putinin dəvətini qəbul edib və koronavirus imkan verərsə, səfərin yayın sonuna qədər mümkün olacağı bildirilib.

Daha sonra liderlər təkbətək söhbəti davam etdiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru