Litva Polşada ABŞ hərbi qüvvələrinin sayının artırılmasını müsbət qarşılayır

27-06-2020, 09:11           
Litva Polşada ABŞ hərbi qüvvələrinin sayının artırılmasını müsbət qarşılayır
Litva ABŞ hərbçilərinin Almaniyadan çıxarılmasının riskli olduğu, lakin digər tərəfdən onların Polşada dislokasiyasına müsbət yanaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Raymundas Karoblis məlumat verib.

“İlk növbədə, ABŞ ordusunun Almaniyadan çıxarılacağı yaxşı hal deyil. Onların infrastrukturu, prosedurları, təlim, hazırlıq keçmə imkanları var və biz həqiqətən bu addıma NATO ölkələri ilə Avropa arasında müəyyən bir parçalanmaya səbəb ola biləcək bir risk kimi baxırıq”, − deyə nazir “LRT” radiostansiyasına müsahibəsində bildirib.

O əlavə edib ki, digər tərəfdən, ölkəsi həmişə ABŞ hərbi qüvvələrinin daha çox sayda Avropada və xüsusən də bölgədə olmasının tərəfdarı olub: “Polşa vacib məntəqələrdən biridir, biz hər zaman Polşanın ABŞ-ın mümkün qədər çox hərbi qüvvəsini öz ərasinə cəlb etmək cəhdlərini alqışlamışıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.