ABŞ-dakı yəhudi icması İsraildə liderlərinin həbsinə qarşı çıxdı

27-06-2020, 12:04           
ABŞ-dakı yəhudi icması İsraildə liderlərinin həbsinə qarşı çıxdı
ABŞ-da ortadoks yəhudilər, İsraildə liderlərinin tutulmasına etiraz ediblər.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, ortadoks yəhudi icmasının dini lideri Binyamin Fredman mart ayının 30-da koronavirusla mübarizə tədbirlərinə əməl etməməsinə görə, İsrail hakimiyyəti tərəfindən həbs edilib.

Bir qrup ortodoks yəhudi ABŞ-da İsrail səfirliyi və Birləşmiş Millətlər Təşkilatının qərargahının önündəki “DagHammarskjold” Parkında toplaşıb və Binyamin Fredmanın həbsinə etirazlarını bildiriblər. Aksiyaçılar icma rəhbəri ilə həbsxanada pis rəftar edildiyini söyləyiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.